Tramp İranla ilə bağlı açıqlama verməkdən imtina edib

Tramp İranla ilə bağlı açıqlama verməkdən imtina edib
13 Yan 2026 23:40

ABŞ prezidenti Donald Tramp İran müxalifətinə hansı yardımı göstərəcəyini açıqlamaqdan imtina edib.

News365.az xəbər verir ki, mətbuat konfransı zamanı jurnalistlərdən birinin “Bu səhər İrana kömək edəcəyini dediniz. Bununla nə demək istədiniz?” sualına Tramp belə cavab verib:

“Üzr istəyirəm. Siz bunu özünüz anlamalı olacaqsınız”.

Tramp İranda neçə etirazçının öldürülməsi ilə bağlı suala cavabında isə bu haqda dəqiq məlumatı olmadığını deyib. 

“Heç kim mənə dəqiq rəqəm deyə bilməyib. Bir nəfər də çoxdur. Yəqin ki, növbəti 24 saat ərzində biləcəyik. Düşünürəm ki, çoxdur”, - Tramp deyib.


Sizin reklam burada
Sizin reklam burada