Tramp internet saytı açdı

Tramp internet saytı açdı
12 İyn 2025 11:29

ABŞ prezidenti Donald Tramp internet saytı açıb.

News365.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Məlumata görə, o, “Trump card” adlanan sənədlə bağlı müraciətlər üçün xüsusi internet saytının istifadəyə verildiyini elan edib.

Bildirilib ki, “TrumpCard.gov” saytı daimi yaşayış və daha sonra vətəndaşlıq əldə etmək istəyən potensial ərizəçilər üçün nəzərdə tutulub.

Portalda istifadəçilərdən adlarını, yaşayış bölgələrini və e-poçt ünvanlarını tərk etmələri, habelə fiziki şəxs və ya şirkət adından müraciət etdiklərini qeyd etmələri xahiş olunur. 

Qeyd olunub ki, Tramp “qızıl kart” ideyasını hələ fevral ayında açıqlayıb. Onun sözlərinə görə, ABŞ külli miqdarda pul xərcləyə, vergi ödəyə və iş yerləri yarada bilən zəngin və uğurlu insanlara rezidentlik verəcək.


Sizin reklam burada
Sizin reklam burada