ABŞ prezidenti Donald Tramp İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını açıqlayıb.
News365.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, o, bu barədə "Truth" hesabında məlumat verib. Maskın ABŞ üçün çox çalışdığını və böyük iş gördüyünü müdafiə edən Tramp bildirib:
"Radikal solçu dəlilər tez-tez etdiyi kimi, dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Tesla və Elonun "körpəsini" qeyri-qanuni şəkildə boykot etməyə çalışırlar".
Seçki dövründə də Maskın eyni şeyə məruz qaldığını iddia edən Tramp qeyd edib:
“Hər halda Elon Maska dəstəyimi və güvənimi göstərmək üçün səhər yeni "Tesla" alacam”.