Balakəndə avtomobil təmiri sexi və orada olan avtomobil yanıb.
Balakən rayon Şambul kəndi ərazisində yerləşən, 1988-ci il təvəllüdlü Əhmədlov İslam Ziyavəddin oğluna məxsus avtotəmir sexində yanğın baş verib. Əraziyə Balakən rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 40 k/m olan avtotəmir sexinin 18 k/m tavan hissəsi və sexdə olan 1985-ci il təvəllüdlü Hudulov Hudul Məhəmməd oğluna məxsus “VAZ-21124” markalı 10-OE-799 dövlət qeydiyyat nişanlı avtomobil yanıb.