Torpaq sürüşməsi baş verdi - 10 nəfər həyatını itirdi

Torpaq sürüşməsi baş verdi - 10 nəfər həyatını itirdi
04 Apr 2025 15:55

İndoneziyanın Şərqi Yava adasında torpaq sürüşməsi baş verib.     

News365.az xəbər verir ki, baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib.  İndoneziya Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Nananq Sigit, hadisə ilə bağlı verdiyi açıqlamada, sürüşmənin qəfildən yolun bir tərəfində baş verdiyini bildirib.

İki avtomobilin dərəyə sürüşdüyünü və birinin təxminən 75, digərinin isə 50 metr dərinlikdə tapıldığını qeyd edib. Hər iki avtomobilin üç metr torpağın altında qaldığı bildirilib. 

Xilasetmə qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 10 nəfərin cansız bədəni tapılıb.

Həyatını itirən şəxslərin cəsədləri Batu qəsəbəsi və ətraf rayonlardakı xəstəxanalara aparılıb.  Hadisə ilə bağlı araşdırmalar davam edir.


Sizin reklam burada
Sizin reklam burada