"Time Out" Avropanın ən ucuz 14 şəhərinin adını açıqladı

"Time Out" Avropanın ən ucuz 14 şəhərinin adını açıqladı
16:01

Əkəsr turistlər növbəti tətilini planlaşdırarkən, səyahətdən unudulmaz təəssüratlar əldə etməklə yanaşı, tətildə mümkün qədər qənaət etməyə çalışır.

Nüfuzlu turizm və əyləncə jurnalı olan “Time Out”un ekspertləri 2025-ci ildə Avropanın ən ucuz 14 şəhərinin adını açıqlayıblar.

Albaniyanın paytaxtı Tirana reytinqə başçılıq edir. Burada Airbnb-də ev kirayəsinin orta qiyməti bir gecəlik və bir çarpayı ilə 50 dollardır. Bir stəkan pivə isə 3,7 dollardır.

"Albaniyanın gözəl sahil zolaqları son bir neçə ildə Yunanıstan, İspaniya və İtaliyaya aşağı büdcəli alternativ kimi təqdim edilir. Lakin ölkəyə baş çəkib onun paytaxtında olmamaq ağılsızlıq olardı",- Səyahət eksperti Liv Kelli deyib.

Siyahıda ikinci yeri Litvanın liman şəhəri Kaunas (bir gecəlik orta hesabla 76 dollar), üçüncü yerdə isə Portuqaliyanın Porto şəhəri (bir gecəlik orta hesabla 103 dollar) tutub.

2025-ci ildə Avropanın ən ucuz 14 şəhəri

Tirana, Albaniya

Kaunas, Litva

Porto, Portuqaliya

Zaqreb, Xorvatiya

Çeski Krumlov, Çexiya

Buxarest, Rumıniya

Hull, Böyük Britaniya

Sofiya, Bolqarıstan

Arqos, Yunanıstan

Krakov, Polşa

Belqrad, Serbiya

Marsalforn, Malta

Qraz, Avstriya

Riqa, Latviya

Tural