Mərkəzi Bank "Azərpoçt"a icrası məcburi göstəriş verdi

Mərkəzi Bank "Azərpoçt"a icrası məcburi göstəriş verdi
17:38

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə icrası məcburi göstəriş verib.

News365.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, dövlət şirkəti 2024-cü ilin sonuna prudensial hesabatlarında “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudеnsiаl hеsаbаtların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın 2.8-ci bəndinin tələblərini pozub, gecikmə ilə təqdim edib. Odur ki, “Poçt haqqında” qanunun 13-4.4.6-cı maddəsinin tələbləri rəhbər tutalaraq, “Azərpoçt”a bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.