Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub. Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.
Bəs yeni komandan müavini kimdir?
News365.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, İlqar Lətifov 1970-cu ildən dünyaya göz açıb. Əslən Neftçaladandır.
O, 90-cı illərdə Rusiya Federasiyasının Kazan şəhərində Birləşmiş Tankçılar Məktəbində təhsil alıb. İxtisasca tankçıdır.
Azərbaycan Ordusunda müxtəlif dövrlərdə taqım, bölük, tabor, briqada komandiri vəzifələrini icra edib. Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin tərkibində Əməliyyat İdarəsinin rəisi olub.
Bu vəzifəyə qədər 4-cü Ordu Korpusunun komandiri vəzifəsini icra edib. Qeyd edək ki, o, şəhid general-mayor Polad Həşimovun ölümündən sonra bir müddət 3-cü Ordu Korpusunun qərərgah rəisi vəzifəsini də icra edib.
İ.Lətifovə 25 iyun 2019-cu il tarixində "general-mayor" ali hərbi rütbəsi təqdim edilib.