Tiktokerlərin “at oynatmasında“ günahkar kimdir? - Alimdən SƏRT TƏPKİ

Tiktokerlərin “at oynatmasında“ günahkar kimdir? -  Alimdən SƏRT TƏPKİ
15 Apr 2024 08:39

“Bir qazi yazmışdı, adı yadımdan çıxıb:

"Mən müharibədən sonra bankomatdan dövlət tərəfindən verilən 80 manatı çıxaran zaman tik-tokçu birinin həftəlik qazancı olan 3.200 manatı çıxardığını görəndə başa düşdüm ki, Qarabağda yox, tik tokda əsl savaş gedib".

News365.az xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev deyib. O əlavə edib ki, bu gün tik tokçular babat həyatı yaşayırlar:

“Bahalı maşınlar, telefonlar, geyimlər, aksesuarlar, bahalı restoranlarda əyləncələr və sairə. Onlara bu pul dövlət büdcəsindən verilmir ki? Kim verir bəs?

Əlbəttə ki, xalq!

Ona görə mən tik tokçuları yox o pulları onlara verənləri, qara pulları silmək üçün bahalı hədiyyələr göndərənləri həbs edilməsini istəyərdim. Bu xalqın böyük hissəsinin belə aşağı səviyyəli insanlara pul xərcləməsi, hədiyyə göndərməsi hər iki tərəfin də aşağı səviyyəli, dibdə olmaları “kor-kor, gör-gördür”…”

Tarixçi alim etiraf edib ki, səviyyəli və maraqlı tiktokerlər də var:

“Onlar maarifləndirici və əyləncəli çəkilişlər edirlər. Amma onlar xalqın böyük hissəsinin marağında deyillər. Çoxluq əsasən əxlaqsız, tərbiyəsiz və düşük paylaşımlara maraq göstərirlər. Hansısa rayonda gey olan, Bakının hansısa ərazisində əxlaqsız olan birilərini gətirib aparıcı kimi media saytlarına və sosial şəbəkələrə çıxardırlar. Onlarla gündəm yaradırlar. Və bəziləri də əyninə şalvar almayıb o pulu bu cür tiplərə göndərirlər. Məncə ən böyük günahkar belələrinə  pul göndərənlər, reklam edənlərdir. Çox təəssüf ki, cəmiyyətimizdə şəhid və qazilər yox,  ləmanlar, baboşlar, əmrahlr daha çox tanınır. Görünür cəmiyyətimz üçün belələrinin həyatı daha önəmlidir. Çox təəssüf”..

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər