“TikTok”dakı mübahisə qanla bitdi: 17 yaşlı oğlan...

“TikTok”dakı mübahisə qanla bitdi: 17 yaşlı oğlan...
24 Mar 2025 09:26

Gəncədə 17 yaşlı oğlan bıçaqlanıb.

News365.az xəbər verir ki, hadisə Əttarlar küçəsində baş verib. 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə “TikTok”da tanımadığı şəxslə mübahisə etdiyinə görə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada