Tiflisin mərkəzində güclü yanğın: sakinlər təxliyə olundu

Tiflisin mərkəzində güclü yanğın: sakinlər təxliyə olundu
08 Okt 2024 23:54

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində, dəmir yolu vağzalının yaxınlığındakı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


News365.az xəbər verir ki, yanğın yaşayış binasının mənzillərindən birində elektrik naqillərindəki nasazlıqdan baş verib.


Hazırda ölkənin Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə xidməti hadisə yerinə səfərbər olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


Yuxarı mərtəbələrdəki insanlar təxliyə olunublar. Xəsarət alanlar barədə məlumat verilməsə, də ikisi uşaq olmaqla bir neçə insanın tüstüdən zəhərləndiyi bildirilib.


Youtube kanalımız

Oxşar xəbərlər