Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbi aerodromlarına “Kinjal” hipersəs aeroballistik raketləri ilə qrup şəklində zərbələr endiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Məlumtda bütün təyin olunmuş hədəflərin vurulduğu qeyd edilib.
Müdafiə Nazirliyi həmçinin Rusiya Silahlı Qüvvələrinin pilotsuz təyyarələrin istehsalı üçün nəzərdə tutulmuş anbar və sexə hücum etdiyini bildirib. 142-ci rayonda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və texnikası da sıradan çıxarılıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural