Tibbdə ilk: 100 gündən çox süni ürəklə yaşadı

Tibbdə ilk: 100 gündən çox süni ürəklə yaşadı
11:10

Yeni Cənubi Uels (Avstraliya-red.) sakini donor ürəyi köçürülmədən əvvəl BiVACOR süni ürək cihazı ilə 100 gündən çox uğurla yaşayan ilk insan olub. Bu barədə naked-science.ru məlumat yayıb. 

Qeyd edilib ki, ağır ürək çatışmazlığından əziyyət çəkən və donor orqanını gözləyən kişiyə 2024-cü ilin noyabr ayının sonunda BiVACOR süni ürəyi qoşulub.

Süni ürəkli xəstə 2025-ci ilin martına qədər sağ qalıb və o vaxta kimi transplantasiya ona çatıb.

O, təbii qan axınını yenidən yaratmaq üçün maqnit levitasiyasından istifadə edən implantasiya edilə bilən fırlanan nasosdur.

Tural


Sizin reklam burada
Sizin reklam burada