Rusiyanın Kursk vilayətinin Sudja şəhərindən tələsik şəkildə geri çəkilən Ukrayna qoşunları NATO-nun xeyli sayda hərbi texnikasını tərk edib.
Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Qeyd edilib ki, bu texnikaların minalanması ehtimal olunur. Rusiya ordusu hazırda təmizləmə əməliyyatı aparır.
Mash-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin (VSU) az sayda hərbçisi hələ də şəhərdə qalıb. Onlardan bəziləri martın 12-də Ukrayna qoşunlarının Sumı vilayətindən Sudjaya HİMARS reaktiv raket sisteminindən atəşə tutması zamanı yaralanıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural