"TikTok" bu ölkədə bloklandı

"TikTok" bu ölkədə bloklandı
12:44

"TikTok" daha bir ölkədə bloklanıb.

News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Albaniyada "TikTok"un 1 il müddətinə bağlanması qərarı təsdiqlənib.

Qeyd olunub ki,  Albaniyanın paytaxtı Tiranda Fan Noli İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib.

Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilib.

Albaniyanın baş naziri Edi Rama hadisədən sonra verdiyi açıqlamada "TikTok"un ölkədə 1 il müddətinə qadağan edilməsinə qərar verəcəklərini və bu qərarın 2025-ci ildə reallaşacağını bildirib.

Nazirlər Şurasının ötən həftə keçirilən iclasından sonra "TikTok"un 1 il müddətinə bağlanması qərarının təsdiqləndiyi açıqlanıb.


Sizin reklam burada
Sizin reklam burada