Təzyiqdən öldüyü deyilən qadının ölüm səbəbi üzə çıxdı: Gəlini öldürüb

Təzyiqdən öldüyü deyilən qadının ölüm səbəbi üzə çıxdı: Gəlini öldürüb
15 Dek 2025 10:17

Noyabrın 3-ü Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirilməsi məlum olub.

Hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn edilib. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A. Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıb. Onlar aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./Qafqazinfo


Sizin reklam burada
Sizin reklam burada