Sumqayıtda ikiotaqlı ev yanıb VİDEO

Sumqayıtda ikiotaqlı ev yanıb VİDEO
31 Yan 2026 10:36

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verib.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


Sizin reklam burada
Sizin reklam burada