İsrail Cənubi Afrika Respublikasının (CAR) yüksək diplomatik nümayəndəsi Şon Edvard Bayneveldi israilli diplomatın qovulmasına cavab olaraq "persona non qrata" elan edib.
News365.az xəbər verir ki, bu barədə "The Times of Israel" İsrailin Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
Bildirilib ki, qərar İsrailin Baş naziri Binyamin Netanyahu və XİN rəhbəri Gideon Saar tərəfindən qəbul edilib.
Nazirliyin bəyanatında qeyd edilib ki, Bayneveld 72 saat ərzində İsraili tərk etməlidir. "Əlavə tədbirlər daha sonra nəzərdən keçiriləcək", - bildirilib.
Daha əvvəl isə CAR İsrailin müvəqqəti işlər vəkili Ariel Seydmanı "persona non qrata" elan etmişdi və ona ölkəni tərk etmək üçün 72 saat vaxt vermişdi.