Generalların polkovnik qardaşı vəfat etdi

Generalların polkovnik qardaşı vəfat etdi
10:30
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müəllimi polkovnik Telman Orucov vəfat edib.

News365.az APA-ya istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman İzzət oğlu Orucov uzun sürən xəstəlikdən 64 yaşında vəfat edib.

Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır.

Telman Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub.

Sizin reklam burada
Sizin reklam burada