ABŞ-də həbsxanadan səkkiz təhlükəli məhbus qaçdı

ABŞ-də həbsxanadan səkkiz təhlükəli məhbus qaçdı
11:55

ABŞ-nin Luiziana ştatında ağır cinayətlərə görə cəza çəkən səkkiz məhkum yerli həbsxanadan qaçıb.

News365.az xəbər verir ki, bu barədə "Fox 8" telekanalı məlumat yayıb.

Məlumata görə, qaçanlardan üçü yenidən tutularaq həbsxanaya qaytarılıb. Təxminən 19-25 yaş arasında olan digər beş nəfər isə hələ də azadlıqdadır.

Yerli-hüquq mühafizə orqanları qatı cinayətkarları tapmaq istiqamətində işlər aparır.


Sizin reklam burada
Sizin reklam burada