Konqoda faciə - 227 nəfər öldü

Konqoda faciə - 227 nəfər öldü
10:49

Konqo Demokratik Respublikasının (KDR) şərqində, "23 Mart Hərəkatı” (M23) üsyançılarının nəzarətində olan ərazidə mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

News365.az xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Şimali Kivu əyalətində, Rubaya şəhəri yaxınlığında baş verib. Ölənlərin sayının arta biləcəyi bildirilir.
Qeyd olunur ki, sözügedən mədəndə dünya üzrə yüksək tələbat olan koltan hasil edilir.

Sizin reklam burada
Sizin reklam burada