Təyyarə qəzasında həlak olan hərbçilər üçün vida mərasimi təşkil edilib

Təyyarə qəzasında həlak olan hərbçilər üçün vida mərasimi təşkil edilib
11:25

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilir.

News365.az xəbər verir ki, vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri iştirak edir.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.


Sizin reklam burada
Sizin reklam burada