Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb

Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
11:03

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə ötən gün rayonun Azad Qaraqoyunlu kəndində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Hundai" markalı avtomobil yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub.

Ağır xəsarətlər alan N.Cəfərova hadisə yerində ölüb.


Sizin reklam burada
Sizin reklam burada