Türkiyədə təmizlik məqsədilə getdiyi villanın hovuzuna yıxılan, bir uşaq anası olan qadın, iki gün davam edən müalicəsinə baxmayaraq xəstəxanada vəfat edib.
News365.az-ın məlumatına görə, ev təmizliyinə gedən 44 yaşlı Havane Oy, villa hovuzunun kənarında işləyərkən tarazlığını itirərək suya yıxılıb.
Üzgüçülük bacarığı olmayan qadın bir müddət suda qaldıqdan sonra ətrafdakılar tərəfindən görülüb və hovuzdan çıxarılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, Havane Oy bu gün səhər saatlarında dünyasını dəyişib.