Tehran metrosunun "İmam Xomeyni" stansiyasında İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinə casusluq etməkdə ittiham olunan və pilotsuz uçuş aparatlarını (PUA) yığmaqla məşğul olan şəxs saxlanılıb.
News365.az İranın IRIB televiziya kanalına istinadla xəbər verir ki, saxlanılan şəxs Tehran vilayətinin qərb hissəsində PUA-ların yığılması ilə məşğul olub.
Bildirilir ki, ölkənin hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlı İsrailə mesajlar göndərib.
O, strateji əhəmiyyətli obyektlərin dəqiq yeri barədə məlumat ötürürmüş.