MHP sədri Dövlət Baxçalı AKP-nin 24-cü ildönümü münasibətilə xüsusi çiçək kompozisiyası göndərib.
News365.az xəbər verir ki, aranjmanda 24 ədəd mavi gül və mavi orkide, eləcə də 1071 ədəd qırmızı gül yer alıb. Məlumata görə, 24 ədəd mavi gül və orkide həm partiyanın quruluş gününü, həm də Türkün rəngini simvolizə edir.
1071 ədəd qırmızı gül Malazgirt Zəfərinin rəmzi olaraq seçilib. Kompozisiyanın yuxarı hissəsindəki qırmızı və ağ rənglər isə ay-ulduzlu al bayrağı ifadə edir.
News365.az