Xəbər
verdiyimiz 2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb”
ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb.
Ötən il bu
ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.
Bununla belə,
“Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il
də 520 yer ayrılıb.
Həmçinin
Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.
Tibb
Universitetinin "Tibb" fakültəsində təhsil haqqı 2000 man artırılaraq
6500 manat olub.
Mövzu ilə bağlı News365.az -a danışan pediatr
Vaqif Qarayev deyib ki, belə çıxır ki, bundan sonra həkim olmaq istəyən
6 il ərzində 39 min manat ödəməlidir:
“Digər xərcləri
də nəzərə alsaq, diplom ortalama 80-100 min manata başa gələcək. Ödənişsiz
oxumaq istəyənlər 650+ bal toplamalıdır. Hər il belə olur. Amma bir məsələ var
ki, ödənişlə oxuyanların əksəriyyəti zəngin ailələrdən olmur. Ona görə
valideynlər bu qədər xərci qarşılamaq üçün xeyli əziyyət çəkəcəklər.İndi gözləyək.
Təhsil haqqı artırılandan sonra təhsilin keyfiyyətində fərq olacaqmı, yoxsa
imkanı olan yenə diplomu götürüb xarıcə qaçacaq?!”
News365.az