"Quru sərhədləri 6.000 km olan bir ölkənin cəmi 42 km-dən bir dənizə müdaxilə etməsi hansısa mübahisəyə səbəb ola bilməz. Bu, sadəcə bəhanələr və manipulyasiyalardan ibarətdir," – deyə Qasımov vurğulayıb.
O, əlavə edib ki, Ermənistanın qərar vermə səlahiyyətinə hörmət edilməlidir:
"Tarixi baxımdan bu torpaqlar Azərbaycan ərazisi olsa da, hazırda beynəlxalq hüquqda Ermənistanın sərəncamındadır. Hər hansı qərar İranın mollası, generalı, kəşfiyyat nümayəndəsi və ya keçmiş diplomatı tərəfindən verilməməlidir. Ötən il Nikol Paşinyan İranda prezidentin andiçmə mərasimində Xameney ilə görüşdə bu barədə tövsiyə almışdı ki, belə addımlar Ermənistanın zərərinə ola bilər," – deyə o qeyd edib.