Latviya hökuməti 2022-ci ildən Ukraynaya 500 milyon avrodan çox hərbi yardım göndərib. Bu barədə Delfi portalı Baltik ölkəsinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
News365.az-ın məlumatına görə, 2022 və 2023-cü illərdə Riqa Ukraynaya ümumilikdə 370 milyon avro, 2024-cü ildə isə 134,8 milyon avro hərbi yardım ayırıb. 2025 və 2026-cı illərdə isə bu məqsədlər üçün xərclər ölkə ÜDM-nin ən azı 0,25%-i səviyyəsində planlaşdırılıb.
Baltik ölkəsi Ukraynaya dronlar, vertolyotlar, haubitsalar, sursatlar, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri, Patria zirehli maşınları, radarlar, yerüstü nəqliyyat vasitələri və fərdi avadanlıqlar göndərib.
Əvvəllər Latviya Baş naziri Evika Silinya bildirib ki, hökumət Ukraynanın ehtiyacları üçün ABŞ silahlarının alınmasına ən azı 2 milyon avro ayıracaq.
News365.az