Tehran İsrailin raket hücumunu təsdiqləmədi

Tehran İsrailin raket hücumunu təsdiqləmədi
19 Apr 2024 09:21

İran ərazisinə heç bir raket zərbəsi endirilməyib.

News365.az xəbər verir ki, Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

İranın İRNA dövlət agentliyinin məlumatına görə, İranın raketdən müdafiə sistemləri işə salınmayıb.

İRNA-nın öncə yaydığı məlumata görə, İranın bir neçə əyalətində hava hücumundan müdafiə sistemləri işə salınıb. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri İranın İsfahan əyaləti üzərində səmada bir neçə pilotsuz uçuş aparatını vurub.

"Bloomberg" ABŞ rəsmilərinə istinadla yazıb ki, İsrail İrana zərbə endirmək niyyəti barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.


Youtube kanalımız

Oxşar xəbərlər