İsveç polisi Avroviziya ərəfəsində Quranın yandırılmasına icazə verdi

İsveç polisi Avroviziya ərəfəsində Quranın yandırılmasına icazə verdi
02 May 2024 16:32

İsveç polisi Avroviziya musiqi yarışması ərəfəsində ölkənin cənubundakı Malmö şəhərində Quranın yandırılması üçün planlaşdırılan tədbirin keçirilməsinə icazə verib. News365.az xəbər verir ki, bu barədə “Göteborgs-Posten” qəzeti məlumat yayıb.

Nümayiş cümə günü günortadan sonra- yarışların başlamasından bir gün əvvəl şəhərin mərkəzi hissəsindəki Qustav Adolf meydanında keçiriləcək. Nəşrin məlumatına görə, polisə şənbə və bazar günləri də oxşar tədbirlərin keçirilməsi ilə bağlı müraciətlər daxil olub.

Qeyd edək ki, Fələstin tərəfdarları mayın 9 və 11-də Malmödə iki nümayiş planlaşdırır. Mayın 9-da isə İsrailyönlülər etiraz aksiyası keçirəcəklər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər