Yük maşını 29 uşağın üstündən keçdi

Yük maşını 29 uşağın üstündən keçdi
02 May 2024 16:14

Qırğızıstanda yük maşını qrup halında hərəkət edən xeyli sayda uşağın üstündən keçib. News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qırğısıtanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə qeyd edilir ki, dəhşətli qəza nəticəsində 29 nəfər xəsarət alıb.

“Cəlal-Abad bölgəsinin Suzak rayonunda “Porter” markalı yük avtomobili bir qrup uşağı vurması nəticəsində  9-16 yaşlı 29 nəfər yaralanıb", - məlumatda qeyd edilib.

Qəzadan dərhal sonra 18 uşaq və yeniyetmə xəstəxanaya yerləşdirilib. Onlardan 7-sinin vəziyyəti ağır olduğu üçün reanimasiyada saxlanılıb.

İlkin məlumata görə, məktəblilərin üzərindən keçən maşının  sürücüsü hələlik hadisəni izah etməyib. Dağdan düşən maşının təsadüf nticəsində qəza törətdiyi ehtimal edilir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər