Təhlükəli quldur dəstəsinin başçısı vaxtından əvvəl azadlığa çıxıb

Təhlükəli quldur dəstəsinin başçısı vaxtından əvvəl azadlığa çıxıb
08 Yan 2025 09:28

Britaniyada qızları zorlamaqla məşhurlaşmış quldur dəstəsinin lideri nəinki azadlığa çıxaraq Roçdeyl şəhərində yaşayıb işləyir, o, deportasiyadan da yayınıb.  Bu barədə “The Times” məlumat yayıb.

"Roçdeyl təcavüzkar dəstəsinin lideri hakimin onu ​​deportasiya etmək qərarına gəlməsindən təxminən on il sonra hələ də bu şəhərdə yaşayır və işləməyə davam edir..."-nəşr yazıb.

Qeyd edək ki, söhbət 55 yaşlı Kari Əbdül Raufdan gedir.  Keçmiş taksi sürücüsü və müsəlman bələdçi olan Rauf 2012-ci ildə yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi cinayətlərdə və insan alverində ittiham olunan doqquz dəstə üzvündən biri olub. 

Dəstə başçısı 6 il həbs cəzası alıb və cəzanın ardınca Pakistana deportasiya edilməli imiş.  Bununla belə, məqalədən də göründüyü kimi, o, 2,5 ildən sonra, 2014-cü ilin noyabrında azad edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada