“Dünya saniyədə
465 metr sürətlə fırlanır, amma biz hiss etmirik. Çünki sükan Tanrının əlindədir,
sürət də sabitdir – “təcili əyləc” yoxdur”.
News365.az xəbər verir ki,
bu fikirləri tanınmış jurnalist İbrahim Nəbioğlu özünün sosial səhifəsində
yazıb. O əlavə edib ki, dünya dönür, biz hiss etmirik:
“Niyə? Çünki
çox yavaş fırlanır – 24 saata bir tur. Ferris çarxı bundan sürətlidir. Əgər dünya
böyük sürətlə fırlansaydı, çoxdan kosmosa uçmuşduq. Nə yaxşı ki, mərkəzqaçma
qüvvəsi də “tənbəl”dir. Bütün ömrümüz dünya ilə fırlanmaqla keçir, amma heç kim
başgicəllənməsi yaşamır. Təbiətin ən səssiz “atrançik”i budur”.
News365.az