Zelenski Afinaya getdi- Mühüm saziş İMZALADI

Zelenski Afinaya getdi- Mühüm saziş İMZALADI
17:43

Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstana rəsmi səfər edib.

Onu Afina hava limanında Baş nazirin müavini Kostis Hadzidax qarşılayıb.

Zelenskinin səfəri çərçivəsində Ukrayna və Yunanıstan arasında təbii qazın Ukraynaya satışına dair saziş imzalanıb. Sazişə əsasən qazın daşınmasına 2026-cı ilin yanvar ayında Aleksandrupolisdən Odessaya başlanacaq.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, Ukrayna sabit enerji mənbələrinə çıxış əldə edəcək, Yunanıstan isə ABŞ-ın mayeləşdirilmiş qazının Mərkəzi və Şərqi Avropaya nəqlində əsas tranzit ölkəsinə çevrilir.


Sizin reklam burada
Sizin reklam burada