Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt–Astara magistralının 164-cü km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil Astara rayon sakini Habil Zahirovun idarə etdiyi “DAF” markalı ağır yük maşını ilə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”dəki sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, avtomobil yolu əks istiqamətdə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır.
