Teatr insana hansı keyfiyyətləri aşılayır?- Azər Qismət yazır

Teatr insana hansı keyfiyyətləri aşılayır?-  Azər Qismət yazır
17 Apr 2024 08:49

Pavel Fitinin həyatı barədə romanı da oxumuşam, barəsindəki sənədli və bədii filmləri də izləmişəm. Xarici kəşfiyyatın əfsanəsi olan Fitin Sovet İttifaqının xaricdəki rezidentlərinin sayını artırıb, eyni zamanda nasist Almaniyasının SSRİ-yə düz iyunun 21-dən 22-nə keçən gecə, özü də məhz saat 4-də olacağını sistemləşdirib Stalinə təqdim edərək cəsarətli addım atıb. Cəsarətli ona görə ki SSRİ-Almaniya arasındakı sülh paktından sonra Stalin Almaniyanın hücum edəcəyini 1-2 ildən sonra baş verəcəyinə özündə əminlik yaratmışdı. Duyumu belə idi ki, Böyük Brtitaniya müharibəni özündən uzaqlaşdırmaq üçün SSRİ-ni alman provakasiyasına salmağa çalışacaq. Hitler də axmaq deyildi ki, iki cəbhə açsın. Fitin barədə çox danışmaq istəmirəm. Bircə onu deyim ki, Pavel Fitinin uğuru həm də onun yaradıcılıq qabiliyyəti və təxəyyül zənginliyi ilə bağlı idi. Bu da onda teatr dərnəyinə getməkdən qalmışdı. Teatr insana özündə əminlik yaratmaqla yanaşı, manevr imkanlarını artırmağa da yardımçı olur.

Maraqlıdır ki, Heydər Əliyev də teatr dərnəyinə gedib və bir sıra obrazları canlandırıb.

Nə Fitin, nə Heydər Əliyev teatrda qalıb işləməyiblər. Amma teatr onların iş qabiliyyətinə müsbət təsir göstərib. “Uşaqlarinizi teatr dərnəyinə, musiqiyə yazdırın” deyəndə, məhz belə cəhətləri nəzərdə tuturdum ki, bu, onların öz fəaliyyətlərinə yaradıcı yanaşmalarına yardım göstərər, çətin anlardan tez baş çıxarmağa köməklik edər. Teatr dərnəyinə getmək onların hər ikisində sözü sərbəst və aydın demək xüsusiyyətini formalaşdırıb.

Uşaqlarınızı yaradıcılığa alışdırın. Böyük şəxsiyyət olmaq yolundakı ilk pillə yaradıcılıqdan başlanır.

 

Azər Qismət, yazıçı-publisist


Youtube kanalımız

Oxşar xəbərlər