Tarixdə kimlər qalır?- Tural İrfandan maraqlı AÇIQLAMA

Tarixdə kimlər qalır?-  Tural İrfandan maraqlı AÇIQLAMA
15 Apr 2024 15:56

Biri var tarixi yaşayanlar, biri də var tarixi yaradanlar. Çoxları tarixi yaşayandır. Amma tarixi yaradanlar da az deyil. Elə dünyada da, Azərbaycanda da…

Mövzu ilə bağlı News365.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki. Sokrat tarixdə qaldı, ona zəhər içirənlərsə yox:

“Həzrət İsa qaldı, onu çarmıxa aparanlar yox. Həllac Mansur qaldı, onu doğrayanlar yox. Nəsimi qaldı, onu edam edənlər yox. Tarixdə Seyid Əzim qaldı, onu məscidin qapısında sıxıb öldürənlər yox.

Sabir, Mirzə Cəlil, Haqverdiyev qaldı, onu söyənlər yox... O dahilərin elmi, fəlsəfəsi, missiyası, ənənəsi yaşadı, ibrət oldu, örnək oldu bəşəriyyətə.

İndi sosial şəbəkədə İmam, Əhli Beyt, din, Quran adına saxta profillər açıb arxasında gizlənərək söyüş söyənlər, təhdid edənlər, dini hörmətdən salanlar nəinki tarixdə heç zibillikdə də qalmayacaqlar. Zamanın acı küləyi süpürüb sovuracaq onları gedərgəlməzə”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər