Tanınmış müğənni həbs olundu

Tanınmış müğənni həbs olundu
19 Mar 2025 20:30

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində məşhur müğənni Ercan Saatçı həbs olunub. Saatçının həbs olunma səbəbi hələlik açıqlanmayıb.


News365.az "Sözcü"yə istinadən xəbər verir ki, 13 mart 1968-ci ildə İstanbulda anadan olan Ercan Saatçı mandolin, akkordeon və skripka çalmağı bacarır.


"Haydarpaşa" Liseyində oxuyarkən məktəbin musiqi qrupunu yaradıb və musiqi yarışmalarına qatılıb. 1988-ci ildə İTÜ Türk Musiqisi Dövlət Konservatoriyasının Kontrabas fakültəsinə daxil olan Saatçı, o dövrdə "İzel-Çelik-Ercan" qrupunu yaradıb. 1990-cı ildə isə “Grup Vitamin”i yaratsa da, Gökhan Semizlə yaşadığı fikir ayrılıqları səbəbindən qrupdan ayrılıb.


Ercan Saatçı 1997-ci ildə Gülümsün Özkök ilə evlənib, amma 2009-cu ildə boşanıb. Cütlüyün Zeynep Saatçı və Sinan Ali Saatçı adlı iki övladı var.


Sizin reklam burada
Sizin reklam burada