Tallula ağır xəstə olan Brüs Uillisin yeni fotolarını yaydı

Tallula ağır xəstə olan Brüs Uillisin yeni fotolarını yaydı
12:07

Məşhur amerikalı aktyor Brüs Uillisin qızı Tallula İnstaqramda ağır xəstəlikdən əziyyət çəkən atası ilə nadir fotolarını paylaşıb.


Fotolardan birində Tallulah və Uillis qonaq otağında dayanarkən çəkilib. Qızı Hollivud ulduzunu bərk-bərk qucaqlayır. Digər fotoda isə qız yerdə oturub atasının əlindən tutur.

Hollivud ulduzunun aktrisa Demi Murdan üç övladı var. Hər iki sənətçi  Rumer, Tallula və Sout adlı 3 qız böyüdüblər. Aktyorlar 1987-ci ildən 2000-ci ilə kimi 13 ilə yaxın evli olublar. Bununla belə, ailədə hərk kəs hələ də vaxtının böyük hissəsini birlikdə keçirir. Boşandıqdan sonra 2009-cu ildə Brüs Uillis özündən 23 yaş kiçik model Emma Heminqlə evlənib. Bu ailədə isə iki qız böyüyüb: Mabel Rey və Evelin Pen.

2023-cü ilin fevral ayında Brüs Uillisin ailəsi aktyorda frontotemporal demensiya xəstəliyinin surətlə inkişaf etdiyini açıqladı. Xəstəlik koqnitiv (başa düşmək, dərk etmək-red.) xüsusiyyətlərin tədricən itirilməsinə səbəb olur. Bir neçə həftə əvvəl Brüs Uillisin həyat yoldaşı aktyorun çəkiliş meydançasında xəstəliyinin əlamətlərini gizlətdiyini açıqlamışdı.

Tural


Sizin reklam burada
Sizin reklam burada