Taksi sürücüsü DÖYÜLDÜ

Taksi sürücüsü DÖYÜLDÜ
15 İyn 2025 17:30

Goranboyda taksi fəaliyyəti ilə məşğul olan şəxs döyülüb.
Hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib.

Quşçular kənd sakini,1985-ci il təvəllüdlü Davud Zeynalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
 

İlkin versiyaya görə, taksi sürücüsü olan D.Zeynalovun həmkəndlisi müştəri qismində onun avtomobilinə minib. Söhbət əsnasında sürücü sonradan onu ünvana aparmaqdan imtina edib. Bu zaman aralarında mübahisə yaranıb və nəticədə sürücü döyülüb.


Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada