Şəbnəm Tovuzluya efir qadağası qoyulub?

Şəbnəm Tovuzluya efir qadağası qoyulub?
13:01

Müğənni Şəbnəm Tovuzlu efir qadağası qoyulanlar siyahısında adının yazılmasına münasibət bildirib. 

News365.az-ın xəbərinə görə, sənətçi bildirib ki, onun adı siyahıda olmayıb. Bu, sifarişlə yazılıb:

"Həmin siyahı çıxanda bilirdim ki, mənim adım orada yoxdur. Həm də rəsmi belə bir siyahı yoxdur. Eybi yox, yalan yazanlara heç nə demirəm. Adım qadağalar siyahısında yoxdur. Bilirəm ki, mənim adımı sifarişlə həmin yazıda yazdırıblar. Amma eybi yox, efirə çıxdım və sübut etdim ki, Şəbnəm efirdə qadağada olmayıb".

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkədə "efir qadağası qoyulan ifaçılar" adlı siyahı yayılıb. Siyahıda bir çox ifaçının adı yazılıb.


Sizin reklam burada
Sizin reklam burada