Tahir Kərimli Vəhdət Partiyasından gedir: Yeni sədr kim olacaq?

Tahir Kərimli Vəhdət Partiyasından gedir: Yeni sədr kim olacaq?
19 May 2025 19:45

TV365-ə qonaq olan Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli partiyadan ayrılacağını açıqlayıb. O bildirib ki, bu ayın 17-də keçirilən Baş Məclisin iclasında iyunun 14-nə növbədənkənar qurultay təyin olunub. Qurultayda təşkilati məsələlərlə yanaşı, “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq yeni nizamnamənin formalaşdırılması da gündəmdə olacaq. Tahir Kərimlinin sözlərinə görə, struktur dəyişiklikləri və kadr islahatları da nəzərdə tutulur.


Partiya sədri etiraf edib ki, Yeni Azərbaycan Partiyası istisna olmaqla, digər partiyalarda zəifləmə prosesi gedir. "Proposional seçkilərin ləğvindən sonra insanlar fərdi qaydada seçkilərə qatıldı, partiyalarda siyasiləşmə zəifləməyə başladı", – deyə o bildirib.


Tahir Kərimli əlavə edib ki, Vəhdət Partiyasının gələcəyi üçün yeni bir mərhələyə keçid planlaşdırılır: “Gəncləşmə və genişlənmə üçün metodologiya hazırlanır. İstəyirəm ki, partiyaya gənc sədr gəlsin və bu proses sağlam şəkildə baş versin.”



Sizin reklam burada
Sizin reklam burada