Naxçıvanda hava ilə bağlı sarı xəbərdarlıq elan edildi

Naxçıvanda hava ilə bağlı sarı xəbərdarlıq elan edildi
18:59

Mayın 19-dan 25-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən news365.az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.


Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka risklər gözlənilir


Sizin reklam burada
Sizin reklam burada