İsrail Qəzza zolağında döyüşləri dayandırmasa və anklavda mülki şəxslərə humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, Britaniya, Kanada və Fransa ona qarşı konkret tədbirlər görməyə hazırdır.
News365.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti tərəfindən yayılan üç ölkə liderinin birgə bəyanatında deyilir.
Xüsusilə, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya və Kanadanın baş nazirləri - Keyr Starmer ilə Mark Karni İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsinə qarşı sərt çıxış ediblər və İsrail hökumətini Fələstin anklavı ilə bağlı arzuolunmaz açıqlamalarına görə tənqid ediblər, həmçinin HƏMAS-a hazırki hücumları qeyri-mütənasib hesab ediblər.