"Lion"un hücumçusu Aleksandr Lakazetin evi qarət edilib.
News365.az xəbər verir ki, hadisə Fransa çempionatının 34-cü turunun "Anje" ilə oyunu (2:0) zamanı olub.
Oğurluq oyun başlayandan yarım saat sonra baş verib.
Qarəti iki şəxs törədib. Onlar evdən qızıl-zinət əşyaları və pul oğurlayıblar.
Zərərin ümumi məbləği 10 min avrodan çoxdur.
Polis faktla bağlı araşdırmalara başlayıb.