Rusiya və Ukrayna ən qısa vaxtda atəşkəs və münaqişənin yekunlaşdırılması ilə bağlı danışıqlara başlayacaq.
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə telefon danışığından sonra sosial şəbəkə hesabında yazıb.
Tramp Putinlə telefon danışığının yaxşı keçdiyini qeyd edib:
"Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar”.