Tacikistandakı zəlzələ daha iki ölkədə hiss olunub

Tacikistandakı zəlzələ daha iki ölkədə hiss olunub
13 Apr 2025 10:41

Tacikistanda qeydə alınan 5,9 bal gücündə zəlzələ daha iki ölkədə hiss olunub.

 Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi Çimkent və Taraz şəhərlərində üç bal, Türküstanda iki bal intensivliyi ilə, habelə onlara ən yaxın yaşayış məntəqələrində iki-üç bal intensivlikdə yeraltı təkanlar qeydə alıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Mərkəzinin məlumatına əsasən, Tacikistandakı güclü zəlzələ ölkədə 3 bala qədər hiss edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada