Sürücülər arasında insident: biri saxlanılıb- VİDEO

Sürücülər arasında insident: biri saxlanılıb- VİDEO
11:14

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

News365.az xəbər verir ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.



Sizin reklam burada
Sizin reklam burada