Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb
13 Mar 2025 09:45

Suriyada dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərəcək və ölkədə təhlükəsizlik və atılacaq siyasi addımların koordinasiyasından cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası qurulub.

News365.az xəbər verir ki, bu haqda Suriya Prezident Administrasiyası məlumat yayıb.

Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin rəhbəri, həmçinin prezident tərəfindən təyin olunacaq 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq.

Şuranın iclası prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandığı zaman keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada